İraqın şimalında 14 PKK üzvü öldürülüb
-
İraqın şimalında 14 PKK üzvü öldürülüb
Türkiyə ordusunun baş qərargah rəisi dünən gecə bildirib ki, bu ölkə qırıcılarının İraqın şimal məntəqələrinə qarşı hücumlarında 14 PKK üzvü öldürülüb.
Türkiyə ordusunun baş qərargahı qeyd edib ki, bu ölkə qırıcıları PKK-nın İraqın şimalında yerləşən Zap məntəqəsində və Qəndil yüksəkliklərindəki mövqelərini bombalayıblar.
Türkiyənin PKK-nın İraqın şimal dağlıq məntəqələrindəki mövqelərinə qarşı aviasiya və artilleriya hücumları bu qrup tərəfindən onunla Ankara arasında bağlanmış atəşkəs razılaşmasının 2015-ci ilin iyulunda pozulduğu zamandan bəri yenidən başlanıbdır.
Türkiyədə kürdlər məsələsinin həlli üzrə sülh prosesi 2012-ci ilin dekabrında başlanıb və 2015-ci ilin iyulunda Suruç şəhərindəki partlayışdan sonra dayanıbdır. Ondan sonra Türkiyə ordusu və PKK bir-birilərinin mövqelərini hücumlara məruz qoyublar.
Yayılan statistikalara görə, bu müddətdə Türkiyənin təhlükəsizlik qüvvələrindən azı 600 nəfər və 7 mindən çox PKK üzvü öldürülübdür.