Suriya barədə dördtərəfli İstanbul iclası başa çatıb
https://azeri.sahartv.ir/news/türkiyə-i326621-suriya_barədə_dördtərəfli_İstanbul_iclası_başa_çatıb
Türkiyə, Almaniya, Rusiya və Fransanın dövlət başçılarının Suriya böhranının araşdırılması və həlli istiqamətli dördtərəfli İstanbul iclası başa çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 28, 2018 06:33 Asia/Baku
  • Suriya barədə dördtərəfli İstanbul iclası başa çatıb
    Suriya barədə dördtərəfli İstanbul iclası başa çatıb

Türkiyə, Almaniya, Rusiya və Fransanın dövlət başçılarının Suriya böhranının araşdırılması və həlli istiqamətli dördtərəfli İstanbul iclası başa çatıb.

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan dünən Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkelin iştiakı ilə keçirilən dördtərəfli İstanbul iclasında bu iclasın Suriya böhranının həllinə kömək edəcəyinə ümidvar olduğunu bildiribdir.

Ərdoğan vurğulayıb ki, Suriya məsələsi həmişə onun Putinlə məşvərətlərinin prioritetini təşkil edib və o, Makron və Merkeli də daim Suriya olaylarının detalları ilə məlumatlandırıbdır.

Türkiyə prezidenti qeyd edib ki, Suriyada gərginliyin azaldılması məntəqələrinin artırılmasına səy göstəriləcəkdir.

Ərdoğan həmçinin dördtərəfli İstanbul iclasından sonra digər üç ölkənin dövlət başçılarının iştirakı ilə təşkil olunan mətbuat konfransında deyibdir ki, Astana müzakirələrində Suriya sülh zaminlərindən biri kimi İran İslam Respublikasını İstanbul iclasının detalları ilə məlumatlandıracaqdır.

Rəcəb Tayyıb Ərdoğan bildirib ki, İstanbul iclasında terrorizmlə beynəlxalq mübarizənin vaciblyi vurğulandı. O, əlavə edib: Dörd ölkə bu nəticəyə gəldi ki, Suriya böhranının həlli üzrə Astana razılaşmalarını daha artıq icra edə bilər.

Rusiya prezidenti Vladimir Putin də öz çıxışında bildirib ki, Suriyada sülh və sabitlik yalnız diplomatik yollarla müyəssərdir. O, deyib ki, suriyalı mühacirlər barədə beynəlxalq bir konfransın keçirilməsi zərurət daşıyır.

Suriyanın İdlib məntəqəsində atəşkəsin gücləndirilməsi, həmçinin Cenevrə və Astana yığıncaqları yolu ilə Suriya böhranının siyasi həlli üzrə səylər dördtərəfli İstanbul iclasında nəzərdən keçirilən ən mühüm mehvərlərdən olubdur.