Çavuşoğlu: Səudiyyə Ərəbistanı Qaşıqçı işində əməkdaşlıq etmir
-
Çavuşoğlu: Səudiyyə Ərəbistanı Qaşıqçı işində əməkdaşlıq etmir
Türkiyənin XİN rəhbəri dünən gecə səudiyyəli müxalif jurnalist Camal Qaşıqçının qətli işində Səudiyyə Ərəbistanının əməkdaşlıq etmədiyini qınayıb.
Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Mövlud Çavuşoğlu Vaşinqtonda ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşündən sonra müxbirlərə deyib: Ərrəyad Qaşıqçının qətli işində əməkdaşlıq etməməkdə davam edərsə Ankara araşdırmalara BMT-ni cəlb edəcək.
Türkiyənin xarici işlər naziri rəsmi Ankaranın Qaşıqçının qətli işi ilə əlaqədar informasiyaları ABŞ və digər ölkələrin ixtiyarına verdiyini bildirərək deyib: Qaşıqçının qətlinə kimin fərman vermiş olduğu aydınlaşdırılmalıdır.
Türkiyənin müdafiə naziri də şənbə günü demişdi ki, Ankara Səudiyyə Ərəbistanından Qaşıqçının terror komandasının üzvlərini Ankaraya təhvil verməsini rəsmən istəyib amma Ərrəyad bu tələbə mənfi cavab verib.
Xülusi Akar deyib ki, Qaşıqçının qətli üçün Səudiyyədən cəmi 18 nəfər İstanbula gəlibmiş.
Səudiyyəli jurnalist Camal Qaşıqçı 2 oktyabrda Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna daxil olduqdan sonra yoxa çıxdı.
Səudiyyə rejimi 18 gün susqunluqdan sonra nəhayət 19 oktyabrda beynəlxalq ictimaiyyətin təzyiqləri nəticəsində qaşıqçının bu ölkənin İstanbuldakı konsulluğunda qətlə yetirilmiş olduğunu etiraf etdi.
Camal Qaşıqçı Səudiyyə rejiminin axtarışda olanlar siyahısında yer alırdı. O həbs olunmaq təhlükəsinə görə Səudiyyə Ərəbistanından xaricdə yaşayırdı.