Türkiyə parlamentinin sədri Aralıq dənizi bölgəsinin şərqində fəaliyyət göstərən şirkətlərə xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/türkiyə-i328535-türkiyə_parlamentinin_sədri_aralıq_dənizi_bölgəsinin_şərqində_fəaliyyət_göstərən_şirkətlərə_xəbərdarlıq_edib
Türkiyə parlamentinin sədri Kiprin yunan hissəsi ilə həmkarlıq edən Aralıq dənizi bölgəsinin şərqində enerji sektorunda fəaliyyət göstərən şirkətlərə xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 23, 2018 10:41 Asia/Baku
  • Türkiyə parlamentinin sədri Aralıq dənizi bölgəsinin şərqində fəaliyyət göstərən şirkətlərə xəbərdarlıq edib

Türkiyə parlamentinin sədri Kiprin yunan hissəsi ilə həmkarlıq edən Aralıq dənizi bölgəsinin şərqində enerji sektorunda fəaliyyət göstərən şirkətlərə xəbərdarlıq edib.

Binalı Yıldırım dünən deyib: Böyük neft şirkətləri aqilanə davranmalıdırlar və Türkiyə hökuməti bu ölkənin və Kiprin türk sakinli bölməsinin maraqlarına hər cür diqqətsizliyə reaksiya verəcəkdir.

Türkiyə parlamentinin sədri vurğulayıb: Ankara Aralıq dənizində neft və qaz kəşfiyyatı məsələsi ilə mübarizə üçün zəruri olan hər cür addımı atacaqdır.

Deyilənlərə görə, Kiprin birliyi üzrə son müzakirələrin dalana dirənməsindən sonra Türkiyə ilə Kipr arasında gərginlik bir daha artıbdır və bu dəfə məntəqənin neft və qaz ehtiyatlarından istifadə mövzusu iki tərəfin ixtilafına səbəb olan mövzu olubdur.