Avstriyanın Ankaradakı səfirliyi önündə atışma baş verib
https://azeri.sahartv.ir/news/türkiyə-i328757-avstriyanın_ankaradakı_səfirliyi_önündə_atışma_baş_verib
Türkiyə mediaları Avstriyanın Ankaradakı səfirliyi önündə atışmanın baş verməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 25, 2018 16:41 Asia/Baku
  • Avstriyanın Ankaradakı səfirliyi önündə atışma baş verib
    Avstriyanın Ankaradakı səfirliyi önündə atışma baş verib

Türkiyə mediaları Avstriyanın Ankaradakı səfirliyi önündə atışmanın baş verməsindən xəbər veriblər.

Türkiyədə çıxan Huriyyət qəzeti saytının məlumatına görə, bu gün səhər tezdən Avstriyanın Ankaranın Çankaya məhəlləsində yerləşən səfirliyi önündə bir avtomobilin sərnişinləri atəş açmağa başlayıblar.

Bu atışmadan sonra Ankara polisi şəhərin həssas məkanlarındakı bölmələrinə hazır vəziyyətə gəlməyi tapşırıb.

Son xəbərlərə görə, polis və təhlükəsizlik qüvvələrinin bu hadisənin amillərinin tapılması üzrə təhqiqatları davam edir.

Hələ bir şəxs və ya qrup bu atışmanın məsuliyyətini üzərinə götürməyibdir.