Çavuşoğlu Avropanın "Qaşıqçı" olayı qarşısındakı passiv mövqeyini tənqid etdi
-
Çavuşoğlu Avropanın "Qaşıqçı" olayı qarşısındakı passiv mövqeyini tənqid etdi
Türkiyənin xarici işlər naziri Avropa ölkələrinin ərəbistanlı tənqidçi jurnalist Camal Qaşıqçının qətlə yetirilməsi hadisəsi qarşısındakı passiv mövqeyini tənqid etdi.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Mövlud Çavuşoğlu bazar günü Qətərin paytaxtı Dohada keçirilən beynəlxalq forumda deyib: Ankara elə ilk başdan Camal Qaşıqçının qətlinə dair araşdırmaların aparılmasında qətiyyətli olub. Amma, Avropa ölkələri bu qətlə göz yumurlar.
Türkiyənin xarici işlər naziri əlavə edib: Ərəbistanlı jurnalist Camal Qaşıqçının qətlinə dair səs yazıları bu qətlin öncədən planlaşdırıldığını sübut edir.
Çavuşoğlu həmçinin deyib: Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan jurnalist Camal Qaşıqçının qətlinə dair araşdırmaların aparılmasında ciddidir və Ankara bu cinayətlə bağlı faktları maraqlanan ölkələrin ixtiyarına verib.
Ərəbistanlı tənqidçi jurnalist Camal Qaşıqçı 2 oktyabr 2018-ci ildə İstanbulda Ərəbistan konsulluğuna daxil olduqdan sonra şübhəli şəkildə yoxa çıxıb. Daha sonra onun Ərəbistan konsulluğunda qətlə yetirildiyi və bu qətlin birbaşa olaraq Ərəbistan vəliəhdi Məhəmməd Bin Salmanın göstərişi həyatını baş tutduğu məlum olub.