Ərdoğan ABŞ-ın sanksiyalarının İran-Türkiyə əlaqələrində təsirsiz olduğunu vurğulayıb
https://azeri.sahartv.ir/news/türkiyə-i330763-Ərdoğan_abŞ_ın_sanksiyalarının_İran_türkiyə_əlaqələrində_təsirsiz_olduğunu_vurğulayıb
Türkiyə prezidenti bildirib ki, İran və Türkiyə ABŞ sanksiyalarının onları regionda sülh və təhlükəsizliyin təmini üzrə müştərək hədəflərə nail olmaqdan uzaqlaşdırmasına icazə verməyəcəklər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 21, 2018 07:13 Asia/Baku
  • Ərdoğan ABŞ-ın sanksiyalarının İran-Türkiyə əlaqələrində təsirsiz olduğunu vurğulayıb
    Ərdoğan ABŞ-ın sanksiyalarının İran-Türkiyə əlaqələrində təsirsiz olduğunu vurğulayıb

Türkiyə prezidenti bildirib ki, İran və Türkiyə ABŞ sanksiyalarının onları regionda sülh və təhlükəsizliyin təmini üzrə müştərək hədəflərə nail olmaqdan uzaqlaşdırmasına icazə verməyəcəklər.

Rəcəb Tayyıp Ərdoğan İran-Türkiyə ali strateji əlaqələr şurasının beşinci iclasında vurğulayıb: Tehran və Ankara Amerikanın sanksiya və təzyiqlərini müxtəlif iqtisadi və ticari sahələrdə əlaqələrin daha da genişləndirilməsi üzrə fürsətə çevirəcəklər.

Türkiyə prezidenti Ankarada İran İslam Respublikası prezidenti Həsən Ruhani ilə məşvərətlərini iki ölkə arasında preferensial ticarət razılaşmasının icrasında bir dönüş nöqtəsi adlandırıb və ümidvarlıq edibdir ki, iki ölkənin ticarət mübadilələri dəyərini otuz milyard dollara çatdırmaq üzrə hədəfi reallaşacaqdır.

İran prezidenti Həsən Ruhani öz türk həmkarının rəsmi dəvəti və İran-Türkiyə ali strateji əlaqələr şurasının beşinci iclasında iştirak məqsədilə çərşənbə günü gecə Ankaraya səfər edib.

Rəcəb Tayyıp Ərdoğanla görüş və dialoq, İran-Türkiyə ali strateji əlaqələr şurasının beşinci iclasında Amerikanın birtərəfli sanksiyaları, terrorizmlə mübarizə, Fələstin və Suriya məsələləri və ikitərəfli əlaqələr barədə birgə bəyanatın yayılması, siyasi, iqtisadi və mədəni sahələrdə bir neçə sənədin imzalanması, həmçinin İran-Türkiyə iqtisadi-ticari toplantısında iştirak Ruhaninin Türkiyə səfərinin nailiyyətlərindən olubdur.