Türkiyədə etiraz aksiyası
Dek 23, 2018 07:50 Asia/Baku
-
Türkiyədə etiraz aksiyası
Minlərlə nəfər bahalıq və infilyasiyaya etiraz olaraq İstanbulda aksiya keçirib.
İRNA-nın məlumatına görə, bu etiraz aksiyası həmkarlar ittifaqının dəvəti ilə keçirilib.
Aksiya iştirakçıları sosial-iqtisadi vəziyyətin yaxşılaşmasını istəyiblər.
Ötən həftə də Türkiyənin cənub-şərqində yerləşən Diyarbəkir şəhərində oxşar etiraz aksiyası keçirilmişdi.
Türkiyənin Dövlət Statistika Mərkəzinin bildirdiyinə görə, noyabr ayı üçün olan infilyasiya səviyyəsi 21.62% olub.
Türkiyədə mənzil sektoru da noyabr ayında 24.7%-lik infilyasiyanı təcrübə edib. Bu isə ötən aylar ilə müqayisədə xeyli yüksəkdir.