Türkiyənin ticarət naziri Ankaranın ABŞ-ın İrana qarşı sanksiyalardan istisna edilməsinə təkid etdi
https://azeri.sahartv.ir/news/türkiyə-i331186-türkiyənin_ticarət_naziri_ankaranın_abŞ_ın_İrana_qarşı_sanksiyalardan_istisna_edilməsinə_təkid_etdi
Türkiyənin ticarət naziri Vaşinqtonun ölkəsini İrana qarşı sanksiyalardan istisna etməli olduğunu deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 27, 2018 15:41 Asia/Baku
  • Türkiyənin ticarət naziri Ankaranın ABŞ-ın İrana qarşı sanksiyalardan istisna edilməsinə təkid etdi

Türkiyənin ticarət naziri Vaşinqtonun ölkəsini İrana qarşı sanksiyalardan istisna etməli olduğunu deyib.

İRİB-nin verdiyi məlumata görə, Türkiyənin ticarət naziri Ruxsara Bekcan cümə axşamı deyib: Türkiyə ABŞ-ın İrandan neft idxalına dair sanksiyalardan Ankaranın istisna edilməsinin müddətini uzatmasını istəyir.

Türkiyənin ticarət naziri ölkəsinin bu sanksiyalrdan müvəqqəti olaraq istisna edilməsinə işarə edərək, deyib: Amerika Türkiyəyə 6 ay ərzində İrandan neft almaq icazəsi verib.

Vaşinqton İran neftinin ixracatına dair 6 ay sürən təhdidlərin ardınca nəhayət 5 noyabrda Cənubi Koreya. İtaliya. Yaponiya, Hindistan, Çin, Türkiyə Tayvan və Yunanıstanı 6 ay müddətinə neft sanksiyalarından istisna etdi.