Tramp Ərdoğana: Qüvvələrimizin Suriyada iştirakı neftə görədir
https://azeri.sahartv.ir/news/türkiyə-i352244-tramp_Ərdoğana_qüvvələrimizin_suriyada_iştirakı_neftə_görədir
ABŞ prezidenti dünən Vaşinqtonda öz türkiyəli həmkarı ilə görüşdə deyib: Biz öz qüvvələrimizi yalnız Suriya neftinə görə saxlamışıq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 14, 2019 05:27 Asia/Baku
  • Tramp Ərdoğana: Qüvvələrimizin Suriyada iştirakı neftə görədir
    Tramp Ərdoğana: Qüvvələrimizin Suriyada iştirakı neftə görədir

ABŞ prezidenti dünən Vaşinqtonda öz türkiyəli həmkarı ilə görüşdə deyib: Biz öz qüvvələrimizi yalnız Suriya neftinə görə saxlamışıq.

Tramp bu görüşdən sonra Ərdoğanla birgə mətbuat konfransında Türkiyəni bu ölkənin strateji şəriki və NATO-da Amerikanın müttəfiqi adlandırıb. Ümidvarlıq edib ki, iki ölkə S-400 rus raket sistemi barədəki ixtilaflarını həll edə biləcəkdir.

Türkiyə prezidenti də bu mətbuat konfransında deyib: Ankara “Patriot” amerikan raket sisemini münasib qiymətə Vaşinqtondan satın ala bilər.

Ərdoğan sonra Ankara və Vaşinqtonun sabitliyin Suriyaya qaytarılmasında rol oynaya biləcəklərini iddia edib. O, vurğulayıb: Suriyanın şimalındakı təhlükəsiz bölgə Türkiyənin nəzarəti altında olmalıdır.

Ərdoğan Vaşinqtona səfər zamanı Ağ Ev qarşısında etirazlarla üzləşibdir.