Ərdoğan S-400-ə göz yummayacaq
https://azeri.sahartv.ir/news/türkiyə-i352401-Ərdoğan_s_400_ə_göz_yummayacaq
Türkiyə prezidenti vurğulayıb ki, bu ölkə Rusiya istehsalı olan S-400 raket sisteminə göz yummayacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 19, 2019 14:37 Asia/Baku
  • Ərdoğan S-400-ə göz yummayacaq
    Ərdoğan S-400-ə göz yummayacaq

Türkiyə prezidenti vurğulayıb ki, bu ölkə Rusiya istehsalı olan S-400 raket sisteminə göz yummayacaq.

Rəcəb Tayyıb Ərdoğan bu gün Ankaradakı çıxışında deyib ki, amerikalı həmkarı Donald Tramp ilə son görüşündə vurğulayıbdır ki, heç bir vəchlə S-400 hava hücumundan müdafiə sisteminə tam şəkildə göz yumaraq, “Patriot” sistemini onun yerinə qoymayacaqdır.

Rəcəb Tayyıb Ərdoğan noyabrın 15-də Amerikaya ikigünlük səfər çərçivəsində öz amerikalı həmkarı ilə görüşmüşdü.

Vaşinqton dəfələrlə Ankaranı Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini satın alacağı təqdirdə sanksiya tətbiq etməklə hədələyibdir.

Türkiyə indiyədək S-400 hava hücumundan müdafiə sistemi təchizatlarının nəzərəçarpacaq hissəsini Rusiyadan təhvil alıbdır.