Türkiyədə daha yüzdən çox hərbçinin həbsi hökmü verilib
-
Türkiyədə daha yüzdən çox hərbçinin həbsi hökmü verilib
Ankaranın baş prokurorluğu Gülən qrupu ilə əlaqədə olmaq ittihamı ilə bu ölkənin 133 hərbçisinin həbs edilməsi hökmünü verib.
Bu şəxslərin bir hissəsi İzmir vilayətində keçirilməkdə olan bir əməliyyatda təqib olunur və onların 82 nəfəri hələ bu ölkənin fəaliyyət göstərən hərbi qüvvələri sırasındadır.
Türkiyə hökumətinə qarşı uğursuz 15 iyul 2016-cı il çevrilişindən bəri Gülən qrupu ilə əlaqədə olmaq ittihamı ilə bu ölkədə on minlərlə nəfər həbs olunub və təqribən 120 min nəfər dövlət işlərindən çıxarılıbdır.
Türkiyə hökuməti iddia edir ki, Fəthullah Gülən və onun ətrafındakılar bu ölkənin məhkəmə, hərbi və təhsil təşkilatlarına, eləcə də hökumət orqanlarına sızaraq, uğursuz 15 iyul 2016-cı il çevrilişini təşkil etmişdilər. Amma Gülən daima bu iddianı rədd edibdir.