S-400-ü kənara qoyması üçün ABŞ Türkiyəni məngənədə qoyub
https://azeri.sahartv.ir/news/türkiyə-i352446-s_400_ü_kənara_qoyması_üçün_abŞ_türkiyəni_məngənədə_qoyub
Ağ Ev bir daha bildiribdir ki, Türkiyə yalnız Rusiyadan satın aldığı S-400 raket müdafiə sistemini kənara qoymaqla Vaşinqton ilə münqaşiənin öhdəsindən gələ bilər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 22, 2019 13:37 Asia/Baku
  • S-400-ü kənara qoyması üçün ABŞ Türkiyəni məngənədə qoyub
    S-400-ü kənara qoyması üçün ABŞ Türkiyəni məngənədə qoyub

Ağ Ev bir daha bildiribdir ki, Türkiyə yalnız Rusiyadan satın aldığı S-400 raket müdafiə sistemini kənara qoymaqla Vaşinqton ilə münqaşiənin öhdəsindən gələ bilər.

Adının gizli qalmasını istəyən ABŞ Dövlət Departamentinin rəsmilərindən biri dünən bildirib ki, Türkiyənin S-400 raket sistemi NATO-nun bu ölkədəki müdafiə qabiliyyətləri üçün bir təhdiddir.

Ötən həftə iki ölkə prezidentlərinin Amerikada keçirdikləri görüş zamanı Tramp Ərdoğana dedi ki, S-400-ü kənara qoymalıdır və onun əvəzində Amerika öz “Patriot” sistemini Türkiyəyə satmağa hazırdır, lakin Ərdoğan Ankaraya qayıdandan sonra bildirdi ki, Trampa Rusiya raket müdafiə sistemini buraxmayacağını bildirib, zira Moskva ilə möhkəm əlaqələrə malikdir.

Ankara iyul ayında S-400-ü təhvil almağa başladı, lakin bu sistem hələ əməliyyat vəziyyətinə gətirilməyibdir.