Davudoğlu yeni partiyasını elan edib
https://azeri.sahartv.ir/news/türkiyə-i354002-davudoğlu_yeni_partiyasını_elan_edib
Türkiyənin keçmiş baş nazir Əhməd Davudoğlu yeni partiyasını təqdim edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 13, 2019 16:15 Asia/Baku
  • Davudoğlu yeni partiyasını elan edib
    Davudoğlu yeni partiyasını elan edib

Türkiyənin keçmiş baş nazir Əhməd Davudoğlu yeni partiyasını təqdim edib.

Qurumun yaradıcılarının iştirakı ilə keçirilən mərasimdə Əhməd Davudoğlu partiyasının məram və məqsədini açıqlayıb.

Gələcək Partiya adlanan təşkilat haqqında məlumat verən Davudoğlu deyib ki, məqsəd Türkiyə üçün gözəl ortaq gələcək qurmaqdır: “Keçmişimizdən güc alıb Türkiyə üçün ortaq gələcək inşa edəcəyik".

Türkiyədə mövcud prezidentlik sistemini tənqid edən Əhməd Davudoğlu demokratik bir parlament sisteminə keçilməsi istiqamətində fəaliyyət göstərəcəklərini deyib.

Partiyanın simvolu çinar yarpağıdır. Bildirilib ki, çinar uzunömürlülük və möhkəmlik simvoludur.

Bununla da o, Prezident Recep Tayyip Erdogan-ın getdikcə parçalanan Ədalət və İnkişaf Partiyasına (AKP) meydan oxuya bilər.