Akar Suriyada terrorizmlə mübarizə vacibliyini vurğulayıb
https://azeri.sahartv.ir/news/türkiyə-i354076-akar_suriyada_terrorizmlə_mübarizə_vacibliyini_vurğulayıb
Türkiyənin müdafiə naziri vurğulayıb ki, bu ölkənin Suriyanın şimalındakı hərəkətləri sırf olaraq terror qruplarına qarşı addımlar üzərində təmərküzləşibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 15, 2019 15:34 Asia/Baku
  • Akar Suriyada terrorizmlə mübarizə vacibliyini vurğulayıb
    Akar Suriyada terrorizmlə mübarizə vacibliyini vurğulayıb

Türkiyənin müdafiə naziri vurğulayıb ki, bu ölkənin Suriyanın şimalındakı hərəkətləri sırf olaraq terror qruplarına qarşı addımlar üzərində təmərküzləşibdir.

Hulusi Akar bu gün 19-cu Doha iclasında vurğulayıb ki, Türkiyənin Suriyanın şimalındakı yeganə problemi, İŞİD terror qrupu, PKK və YPG-dir. O, deyib ki, Ankaranın kürd etnosu və heç bir digər etnosla problemi yoxdur.

Türkiyənin müdafiə naziri əlavə edib: Dünya ictimaiyyəti İŞİD terror qrupunun məhv edilməsində ciddi olmalıdır.

Türkiyə ordusunun “Sülh bulağı” adlandırılan Suriya-Türkiyə sərhədinin Ankara tərəfindən terrorçu hesab edilən kürd yarımhərbçilərdən təmizlənməsi və terrorizmlə mübarizə bəhanəsilə oktyabrın 9-da başlanan Suriyanın şimalına qarşı hərbi təcavüzü Moskva-Ankara razılaşmasının ardınca hələlik başa çatmış olsa da Suriyanın şimalındakı iştirakı davam etməkdədir.