Kipr, sionist rejim və Yunanıstan Şərqi Aralıq dənizi boru kəməri müqaviləsini imzalayıblar
https://azeri.sahartv.ir/news/türkiyə-i355227-kipr_sionist_rejim_və_yunanıstan_Şərqi_aralıq_dənizi_boru_kəməri_müqaviləsini_imzalayıblar
Kipr, sionist rejim və Yunanıstanın başçıları dünən Afinada Aralıq dənizinin şərqindən Avropaya qaz nəqli üçün dənizin dibindən bir boru kəmərinin inşası barədə müqavilə imzalayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 03, 2020 09:43 Asia/Baku
  • Kipr, sionist rejim və Yunanıstan Şərqi Aralıq dənizi boru kəməri müqaviləsini imzalayıblar
    Kipr, sionist rejim və Yunanıstan Şərqi Aralıq dənizi boru kəməri müqaviləsini imzalayıblar

Kipr, sionist rejim və Yunanıstanın başçıları dünən Afinada Aralıq dənizinin şərqindən Avropaya qaz nəqli üçün dənizin dibindən bir boru kəmərinin inşası barədə müqavilə imzalayıblar.

“EastMed” adlı bu boru kəmərinin inşasında məqsəd, Avropanın Rusiyanın və Qafqaz bölgəsinin qazından asılılığını azaltmaqdır. Uzunluğu təqribən iki min kilometr olan bu boru kəməri ildə iyirmi milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir. Avropa dünyanın ən böyük qaz istehlakı bazarlarından biridir.

Röyters informasiya agentliyi yazıb ki, Türkiyə bu layihəyə qarşı çıxsa da Yunanıstan, sionist rejim və Kipr 2022-ci ilədək bu yeddi milyard dollarlıq layihənin investisiyası haqda yekun qərara gəlmək və 2025-ci ilədək onu başa çatdırmaq niyyətindədirlər.

Avropalı hökumətlər və sionist rejim ötən il bu layəhinin irəlilədilməsi üçün razılığa gəldilər.