Ərəb Liqası Türkiyə parlamentinin Liviyaya hərbi qüvvənin göndərilməsi barədəki qərarını pisləyib
-
Ərəb Liqası Türkiyə parlamentinin Liviyaya hərbi qüvvənin göndərilməsi barədəki qərarını pisləyib
Ərəb Liqası dünən gecə bir bəyanatda Türkiyə parlamentinin Liviyaya hərbi qüvvənin göndərilməsi barədəki qərarını pisləyib və bildirib ki, bu addım həmin ölkədə döyüşlərin şiddətlənməsilə nəticələnəcək.
Ərəb Liqası həmin bəyanatda həmçinin iddia edib ki, bu ölkə böhranının həllinin əsası kimi “Suxirat” müqaviləsinin icrası yolu ilə Liviyadakı siyasi prosesin həllini himayə edir.
Misirin xarici işlər nazirliyi də dünən gecə bir bəyanatda bildirmişdi ki, Liviyaya hərbi qüvvənin göndərilməsi layihəsinin Türkiyə parlamentində qəbul olunmasını kəskin tərzdə pisləyib.
Misirin xarici işlər nazirliyi həmin bəyanatda qeyd edib ki, Türkiyə parlamentinin bu hərəkəti beynəlxalq qətnamələrin pozulması deməkdir.
Əlcəzairin xarici işlər naziri Səbir Buqadum da Liviyaya xarici qüvvələrin göndərilməsini rədd edib və deyib ki, ölkəsi bu ölkədə heç bir xarici qüvvənin iştirakını qəbul etmir.
Türkiyə parlamenti dünən axşam Liviya Milli Birlik Hökumətinə dəstək istiqamətində bu ölkəyə hərbi qüvvələrin göndərilməsi layihəsilə razılaşıb.
Türkiyə parlamentinin üzvləri özlərinin Liviyaya hərbi qüvvələrin göndərilməsi barədə səsvermə keçirmək üzrə dünənki iclaslarında əksəriyyət səslə Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan hökumətinin bu qərarı ilə razılaşıblar. Başqa sözlə, 550 parlament üzvünün 325-i bu layihənin lehinə səs veribdir.
Həmin layihəyə əsasən, Türkiyə parlamenti bu ölkə hökumətinə bu icazəni verir ki, dünya ictimaiyyəti tərəfindən himayə olunan Faiz Əlsəracın başçılıq etdiyi Liviya Milli Birlik Hökumətinə dəstək istiqamətində bu ölkəyə hərbi qüvvə və təchizatlar göndərsin.