Ərdoğan bölgədə gərginliyin azaldılmasına təkid edib
Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan öz rus həmkarı Vladimir Putinlə birgə mətbuat konfransında bölgədə gərginliyin azaldılmasını istəyib.
Ərdoğan İstanbulda Putinlə görüşdə deyib ki, iki ölkənin birgə maraqların təmini və məqsədlərin reallaşması istiqamətində hərəkəti zəruridir.
O, əlavə edib: Təəssüf ki, vasitəçi savaşlar İraq və Suriyada milyonlarla nəfərin ölümünə bais olubdur.
Rusiya prezidenti Vladimir Putin də bu görüşdə deyib: Rusiya ilə Türkiyə arasında həmkarlıqlar, onu dayandırmaq üzrə səylərə rəğmən, bütün sahələrdə artacaq.
Putin bildirib ki, Rusiya qazının Türkiyə vasitəsilə Avropaya nəqli bütün Avropa iqtisadiyyatına təkan verəcək.
Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan bu mərasimdə iştirakdan sonra Rusiya, Serbiya və Bolqarıstan rəhbərlərinə şam ziyafəti verməlidir.