Türkiyədə baş verən zəlzələnin tələfatı barədə ilkin məlumat; 14 nəfər həlak olub
https://azeri.sahartv.ir/news/türkiyə-i356601-türkiyədə_baş_verən_zəlzələnin_tələfatı_barədə_ilkin_məlumat_14_nəfər_həlak_olub
Türkiyə mənbələri bildiriblər ki, bu ölkənin Elazığ bölgəsində 6.8 bal gücündə baş verən zəlzələ nəticəsində 14 nəfər həlak olub, 200-dən çox insan yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 25, 2020 04:32 Asia/Baku
  • Türkiyədə baş verən zəlzələnin tələfatı barədə ilkin məlumat; 14 nəfər həlak olub
    Türkiyədə baş verən zəlzələnin tələfatı barədə ilkin məlumat; 14 nəfər həlak olub

Türkiyə mənbələri bildiriblər ki, bu ölkənin Elazığ bölgəsində 6.8 bal gücündə baş verən zəlzələ nəticəsində 14 nəfər həlak olub, 200-dən çox insan yaralanıb.

İRİB-in verdiyi məlumata görə, zəlzələ cümə günü saat 20:45-də Türkiyənin şərqində baş verib.

Bəzi qaynaqlar zəlzələnin İranın Türkiyə ilə həmsərhəd bölgələrində, İraq və Suriyanın şimalında və Livanda da hiss olunduğunu bildiriblər. 

İndiyədək 2.5-5.6 bal gücündə 40-dan çox yeraltı təkanlar qeydə alınıb. 

Türkiyə rəsmilərinin bildirdiklərinə görə, Elazığ vilayətində yüzlərlə ev tamamiylə dağılıb.