Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 31 nəfərə çatıb
Yan 26, 2020 09:18 Asia/Baku
-
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 31 nəfərə çatıb
Türkiyənin Elazığ bölgəsində baş verən zəlzələ nəticəsində həlak olanların sayı 31 nəfərə çatıb.
Türkiyənin TRT HABER dövlət televiziyasının verdiyi məlumata görə, bu ölkədə baş verən zəlzələdən geçən gün yarım ərzində xilas etmə əməliyyatları nəticəsində 31 nəfərin həlak olduğu, 1547 nəfərin xəsarət aldığı təsbit edilib.
Bu məlumata görə xilasetmə qüvvələri indiyədək 45 nəfəri uçqunlar altından xilas edə biliblər.
Cümə günü axşa Türkiyənin şərqində 6.8 bal gücündə zəlzələ baş verdi.
Zəlzələnin ocağı Elazığ vilayətinin Sivrice bölgəsi olub.