Türkiyə Fransadan Liviyaya müdaxilə etməməsini istəyib
Yan 30, 2020 09:49 Asia/Baku
Türkiyə Fransanın Liviyanın daxili işlərinə müdaxiləsi barədə xəbərdarlıq edib.
Türkiyənin xarici işlər nazirliyi dünən bir açıqlamada bildirib: Əgər Fransa Liviyada sülh yaratmaq istəyirsə, yaxşı olardı ki, "Liviya milli ordusu" adlı qüvvələrin komandanı Xəlifə Həftərə dəstəyini dayandırsın.
Xəlifə Həftər Ərəbistan, əmirliklər, Misir, İordaniya, Sudan və bəzi Qərb ölkələri tərəfindən himayə olunur.
Fransa da müəyyən qədər Xəlifə Həftərə və onun Liviyadakı hərəkətlərinə dəstək verir.