İstanbulda "əsrin sövdələşməsi" pislənib
Yan 31, 2020 17:56 Asia/Baku
-
İstanbulda "əsrin sövdələşməsi" pislənib
Türkiyənin İstanbul şəhərində minlərlə namazqılan amerikan-sionist "əsrin sövdələşməsi" planını pisləyib.
Etirazçılar bu gün cümə namazından sonra keçirdikləri aksiyada bildiriblər: Biabırçı "əsrin sövdələşməsi" planı sionist rejimin qəsbkarlıqlarına qanuni don geydirməkdir və bu plan uğursuzluğa məhkumdur.
Namazqılanlar "Amerikaya ölüm!" və "sionist rejimə ölüm!" şüarları verərək, vurğulayıblar: Qüdsi-şərif müsəlmanlar üçün müqəddəsdir və İslam Dünyası ilə Fələstinə aiddir.
Türkiyənin hiddətlənmiş xalqı bildirib ki, İslam Ümməti ABŞ prezidentinin nəhs planını qəbul etmək zillətinə heç vaxt boyun əyməyəcəkdir.