"Əsrin sövdələşməsi"ni dəstəkləyən ərəb ölkələri bəşəriyyətə xəyanət edirlər
https://azeri.sahartv.ir/news/türkiyə-i356960-Əsrin_sövdələşməsi_ni_dəstəkləyən_ərəb_ölkələri_bəşəriyyətə_xəyanət_edirlər
Türkiyə prezidenti dünən gecə Fələstin muxtariyyətinin başçısı Mahmud Abbasla telefon söhbətində bildirib ki, amerikan "əsrin sövdələşməsi" planını dəstəkləyən ərəb ölkələri təkcə Qüdsə və Fələstin xalqına deyil, həm də bütün bəşəriyyətə xəyanət edirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 01, 2020 05:35 Asia/Baku
  • "Əsrin sövdələşməsi"ni dəstəkləyən ərəb ölkələri bəşəriyyətə xəyanət edirlər

Türkiyə prezidenti dünən gecə Fələstin muxtariyyətinin başçısı Mahmud Abbasla telefon söhbətində bildirib ki, amerikan "əsrin sövdələşməsi" planını dəstəkləyən ərəb ölkələri təkcə Qüdsə və Fələstin xalqına deyil, həm də bütün bəşəriyyətə xəyanət edirlər.

Rəcəb Tayyıb Ərdoğan bu telefon söhbətində Amerikanın sionist rejimə tərəfdarlıq mövqeləri, Ərəbistanın rasist "əsrin sövdələşməsi" planı qarşısında susması, həmçinin Oman, əmirliklər və Bəhreynin bu rasist planı himayə etmələrini pisləyib. O, deyib: Bu plan qarşısında susan və ya onu dəstəkləyən ölkələrə ar olsun!

Ərdoğan Fələstin muxtariyyətinin başçısına xitabən deyib: Türkiyə xalqı bu böhranlı mərhələdə Fələstin xalqının kənarında dayanıb.

Türkiyə prezidenti cümə axşamı günü gecə amerikan-sionist "əsrin sövdələşməsi" planını pisləyib və bildirib ki, Qüds satılmır.