İran və Türkiyə islam dünyasını "əsrin sövdələşməsi"-nə qarşı qətiyyətli mövqe tutmağa çağırıblar
-
İran və Türkiyə islam dünyasını "əsrin sövdələşməsi"-nə qarşı qətiyyətli mövqe tutmağa çağırıblar
İran və Türkiyə xarici işlər nazirləri islam dünyasının amerikan-sionist "əsrin sövdələşməsi" planına qarşı qətiyyətli mövqe nümayiş etdirməli olduqlarını vurğulayıblar.
İran İslam Respublikası və Türkiyə Xarici İşlər Nazirləri Məhəmməd Cavad Zərif və Mövlud Çavuşoğlu dünən telefon danışıqlarında islam dünyasında gedən hadisələri xüsusiylə işğal olunmuş Fələstin ilə əlaqədar məsələləri və amerikan-sionist "əsrin sövdələşməsi" planını araşdırıblar.
ABŞ prezidenti Donald Tramp son günlər Ağ evdə sionist rejimin baş naziri Benyamin Netanyahu ilə birlikdə "əsrin sövdələşməsi" planını təqdim etdilər.
Qüdsün sionist rejimin paytaxtı tanınması, İordan çayının qərb sahilinin 30 faizinin İsrailə verilməsi. fələstinli didərginlərin öz doğma yurdlarına qayıtmaq hüquqlarının pozulması və Fələstinin tamamiylə tərk silah edilməsi bu rüsvayçı planın maddələrini təşkil edir.
Amerikanın bu təşəbbüsü bir çox ölkələrdə etirazlara səbəb olub.
İRAN VƏ TÜRKİYƏ İSLAM DÜNYASININ QƏTİYYƏTLİ MÖVQEYİNİ VURĞULAYIBLAR