Suriyanın ordu qüvvələrilə toqquşmada iki Türkiyə hərbçisi öldürülüb
-
Suriyanın ordu qüvvələrilə toqquşmada iki Türkiyə hərbçisi öldürülüb
Türkiyə müdafiə nazirliyi Suriyanın ordu qüvvələrilə toqquşmada bu ölkənin azı iki hərbçisinin öldürüldüyünü bildirib.
Türkiyə müdafiə nazirliyi dünən axşam bildirib ki, Suriya ordusunun bu ölkənin İdlib bölgəsində Türkiyə ordusunun mövqelərinə qarşı aviasiya və artilleriya hücumlarında iki türk hərbçi ölüb, beş nəfər də yaralanıbdır.
Türkiyə müdafiə nazirliyi həmçinin iddia edib ki, Suriyanın ordu qüvvələrindən onlarla nəfər də İdlib vilayəti yaxınlığında türk qüvvələrlə atəş mübadiləsində öldürülüb.
Suriya hökuməti indiyədək Türkiyə müdafiə nazirliyinin bu iddiası haqda fikir bildirməyibdir.
Bundan öncə informasiya mənbələri Türkiyə və Suriyanın ordu qüvvələri arasında toqquşmadan xəbər vermişdilər.
Bu qarşıdurmada öncə Türkiyə qüvvələri İdlib vilayətinin qərbində Suriya ordusunun mövqelərini artilleriya atəşinə tutub, lakin dərhal Suriya ordusu artilleriyasının cavabı ilə üzləşiblər.
Suriya təqribən iki aydır ki, İdlib vilayətini terrorçulardan təmizləməyə başlayıb və indiyədək böyük irəliləyişlərə malik olubdur. Lakin bu əməliyyata qarşı çıxan Türkiyə terrorizmlə mübarizə bəhanəsilə Suriya ərazisinin bir hissəsini işğal edibdir.