İdlib haqda 4tərfəli iclas martın 5-də İstanbulda keçiriləcək
-
İdlib haqda 4tərfəli iclas martın 5-də İstanbulda keçiriləcək
Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan bildirib ki, martın 5-də İstanbulda Rusiya, Fransa və Almaniya dövlət başçılarının iştirakı ilə İdlibdəki döyüşlər barədə çoxtərəfli iclas keçiriləcək.
Ərdoğan deyibdir ki, o, martın beşində Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron və Almaniya kansleri Angela Merkel ilə görüşəcək və onlarla Suriyanın İdlib vilayətindəki son gərginliklər barədə danışacaq.
İdlib haqda 4tərfəli iclasın keçirilməsi xəbərinin yayılmasının qarşılığında qeyd edək ki, Ərdoğan ötən cümə günü bir daha hədə-qorxu gələrək, ölkəsinin hərbi qüvvələrinin Suriyanın İdlib vilayətindəki iştirakının davamına təkid etdi.
Digər tərəfdən, Türkiyə ordusu bir daha İdlibə iri miqdarda hərbi təchizat göndəribdir.
Suriya ordusu iki aya yaxındır ki, İdlib vilayətini terrorçulardan təmizləməyə başlayıb və indiyədək bir çox irəliləyişlərə malik olub. Lakin bu əməliyyata qarşı çıxan Türkiyə terrorizmlə mübarizə bəhanəsilə Suriya ərazisinin bir hissəsini işğal edibdir.