Türkiyə suriyalı didərginlərin qarşısını almır
https://azeri.sahartv.ir/news/türkiyə-i358427-türkiyə_suriyalı_didərginlərin_qarşısını_almır
Türkiyəli yüksək vəzifəli rəsmi bildirib ki, Ankara daha suriyalı didərginlərin Avropaya çatmalarının qarşısını almır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 28, 2020 11:48 Asia/Baku
  • Türkiyə suriyalı didərginlərin qarşısını almır
    Türkiyə suriyalı didərginlərin qarşısını almır

Türkiyəli yüksək vəzifəli rəsmi bildirib ki, Ankara daha suriyalı didərginlərin Avropaya çatmalarının qarşısını almır.

Türkiyəli yüksək vəzifəli rəsmi bu gün Frans-Press ilə müsahibədə deyib: Türkiyə daha Avropaya getmək istəyən didərginlərin qarşısını almayacaq.

Adının gizli qalmasını istəyən bu türkiyəli rəsmi söyləyib: Biz daha Avropaya getmək istəyən şəxsləri Türkiyədə saxlamayacağıq.

Türkiyə medialarının bildirdiklərinə görə, bir qrup didərgin bu gün səhər Türkiyənin qərbindən Yunanıstan sərhədinə tərəf yola düşüb.

Röyters xəbər agentliyi də bildiribdir ki, Türkiyənin şimal-şərqində miqrantlardan ibarət bir qrup bu ölkənin Yunanıstanla sərhədlərinə tərəf hərəkət etməkdədir.

Türkiyədə bir informasiya agentliyi bu gün xəbər verib ki, həmin miqrant qrupu dünən gecə yarısı Türkiyənin Edrine vilayətində bu ölkənin sərhədinə doğru hərəkətə başlayıb. Həmin qrup qadınlar və uşaqlar daxil olmaqla 300 nəfərdən təşkil olunubdur.