Türkiyə Amerikadan "Patriot" raket sistemi almaq istəyir
Mart 01, 2020 10:18 Asia/Baku
-
Türkiyə Amerikadan "Patriot" raket sistemi almaq istəyir
Türkiyənin xarici işlər naziri bir daha Ankaranın Vaşinqtondan "Patriot" reket sistemini satın almaq barədəki tələbini dilə gətirib.
Röytersin verdiyi məlumata görə, Mövlud Çavuşoğlu dünən gecə Dohada ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşündə rəsmi Ankaranın Patriot raket sistemini satın almaqdakı israrlı olmasını vurğulayaraq iddia edib ki, suriyalı qüvvələrin İdlib bölgəsində Türkiyə hərbçilərinə hücumlarına qarşı bu sistemə ehtiyac var.
Son vaxtlar da Türkiyənin müdafiə naziri Hulusi Akar demişdi ki, Amerika Suriyada toqquşmaların şiddətlənməsindən və İdlibdə Türkiyə hərbçilərinin tələfatının armasından sonra Türkiyəyə Patriot raket hücumundan müdafiə sistemi göndərmək qərarına gəlib.
TÜRKİYƏ PATRİOT ALMAQDA İSRARLIDIR
Teqlər