Türkiyə hərbçiləri kollektiv şəkildə İdlibdən qaçırlar
-
Türkiyə hərbçiləri kollektiv şəkildə İdlibdən qaçırlar
Suriyanın Türkiyə hərbçilərinin İdlib vilayətinin ətrafındakı mövqelərinə qarşı aviasiya və artilleriya hücumlarının ardınca Türkiyə hərbçiləri kollektiv şəkildə qaçmağa üz qoyublar.
Əlaləm telekanalının məlumatına görə, sosial şəbəkələrin istifadəçiləri bu gün videolar yayıblar. Məhz bu videolar Türkiyə hərbçilərinin Suriya ordusunun geniş əməliyyatından sonra kollektiv şəkildə İdlibin ətrafından qaçdıqlarını göstərir.
Bu məlumata görə, Türkiyə ordusu son dərəcə çaşqınlığa və dağılmağa düçar olubdur.
Belə bir halda, Türkiyənin müdafiə nazirliyi bildirib ki, dünən gecədən bəri İdlibdə bu ölkə hərbçiləri ilə Suriya ordusunun qüvvələri arasındakı döyüşlər nəticəsində Türkiyə hərbçilərindən üç nəfər ölüb, 15 nəfər də yaralanıbdır.
Türkiyə müdafiə nazirliyinin statistikalarına görə, bu ölkənin ötən iki həftə ərzində İdlib döyüşlərindəki tələfatı 40 nəfərdən çox olubdur.
TÜRKİYƏ HƏRBÇİLƏRİ İDLİBDƏN QAÇMAĞA ÜZ TUTUBLAR