Mart 29, 2020 14:30 Asia/Baku
  • Türkiyə Ş.Makedoniyanın NATO-ya üzvlüyünü alqışlayıb
    Türkiyə Ş.Makedoniyanın NATO-ya üzvlüyünü alqışlayıb

Türkiyə xarici işlər nazirliyi Şimali Makedoniyanın NATO-ya üzvlüyünü alqışlayıb.

Türkiyə xarici işlər nazirliyi bu gün bir məlumatda Şimali Makedoniyanın otuzuncü ölkə kimi NATO-ya üzvlüyünə sevindiyini bildirərək, qeyd edib ki, bu ölkənin NATO-ya üzvlüyünü Balkan bölgəsində sabitliyin qorunması istiqamətində atılan vacib addım hesab edir.

Türkiyə xarici işlər nazirliyi bu ölkə ilə Şimali Makedoniyanın dərin və dostcasına əlaqələrinə təkid edərək, vurğulayıb: Ankara əmindir ki, Şimali Makedoniyanın NATO-ya üzvlüyü ilə iki ölkə arasındakı həmkarlıqlar və dostluq əlaqələri daha da güclənəcəkdir.

NATO-nun baş katibi Yens Stoltenberq dünən bir açıqlamada bildirdi ki, Şimali Makedoniyanın bu hərbi təşkilata üzvlüyü prosesi təkmilləşib və bu ölkə otuzuncu ölkə kimi NATO-ya qatılıbdır.

ANKARA ŞKOPYENİN NATO-YA QATILMASINA SEVİNİR

Teqlər