Türkiyədə koronavirusa yoluxanların sayı 50 min nəfəri keçib
Türkiyənin səhiyyə naziri bildirib ki, ölkədə 5138 yeni yoluxma halının aşkar edilməsilə bu ölkədə koronavirusa yoluxanların ümumi sayı 52 min 167 nəfərə çatıb.
Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca dünən gecə sonra deyib ki, ötən sutka ərzində daha 95 xəstənin ölümü ilə bu ölkədə koronavirusdan ölənləriN sayı da 1101 nəfərə çatıbdır.
Ankara koronavirusu aradan qaldırmaq üçün silsilə profilaktik tədbirlərə əl atıb və bu ölkənin 31 vilayətində komendant saatı tətbiq edibdir.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu bununla bağlı deyib ki, bu qanun bazar günü gecə başa çatacaq və uzadılmayacaqdır.
Bundan öncə də Türkiyədə 65 yaşından yuxarı şəxslər və ağır xəstələrə gediş-gəliş qadağan edilmişdi.
Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan da bu ölkə xalqından istəmişdi ki, koaronavirusu aradan qaldırmaq üçün evdə qalaraq, gediş-gəlişdən çəkinsin.
Qeyd edək ki, Ankara daxil olmaqla Türkiyədə icbari komendant saatının qəfil şəkildə icrası bu ölkənin bəzi bölgələrində toqquşmaya və hərc-mərcliyə səbəb olubdur.
TÜRKİYƏDƏ COVID-19 XƏSTƏLƏRİNİN SAYI 50 MİN NƏFƏRİ KEÇİB