Türkiyədə koronavirusdan daha 115 nəfər ölüb
https://azeri.sahartv.ir/news/türkiyə-i360586-türkiyədə_koronavirusdan_daha_115_nəfər_ölüb
Türkiyədə yeni növ koronovirusdan (COVID-19) bu gün daha 115 nəfər ölüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 16, 2020 03:27 Asia/Baku
  • Türkiyədə koronavirusdan daha 115 nəfər ölüb
    Türkiyədə koronavirusdan daha 115 nəfər ölüb

Türkiyədə yeni növ koronovirusdan (COVID-19) bu gün daha 115 nəfər ölüb.

Bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca tvitter hesabında bildirib.

Nazir deyib ki, son 24 saatda 34090  şübhəli koronavirus testindən keçib, onlardan 4281-nin cavabı pozitiv çıxıb.

Qeyd edək ki, Türkiyədə yeni növ koronavirusdan indiyədək 1518 nəfər ölüb, 69392 nəfər bu infeksiyaya yoluxub. Onlardan 1820 nəfəri reanimasiyadadır, 5674 nəfərin isə müalicəsi müsbət nəticə verib. Müalicə olunan 875 xəstə bu gün evə buraxılıb.

F.Qoca, həmçinin Türkiyədə indiyə qədər 477716 nəfərin testdən keçdiyini qeyd edib.

TÜRKİYƏDƏ COVID-19-DAN DAHA 115 NƏFƏR ÖLÜB