Türkiyədə koronavirusdan ölənlərin sayı 1643 nəfərə çatıb
-
Türkiyədə koronavirusdan ölənlərin sayı 1643 nəfərə çatıb
Türkiyənin səhiyyə nazirliyi bu ölkədə koronavirusa yoluxanlardan daha 125 nəfərin ölməsindən xəbər verib. Bildirib ki, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 1643 nəfərə çatıb.
Türkiyənin səhiyyə nazirliyi həmçinin qeyd edib ki, ötən sutka ərzində bu ölkədə koronavirusa yeni yoluxan 4801 nəfər aşkar edilib və bütövlükdə Türkiyədə bu virusa yoluxanların sayı 74 min 193 nəfərə çatıb.
Türkiyədə koronavirus epidemiyasının sürəti son günlər şiddətlə artıbdır.
Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan bazar ertəsi günü axşam bildirdi ki, şənbə və bazar günləri bu ölkədə yenə də komendant saatı tətbiq olunacaq.
Türkiyə hökuməti koronavirusla mübarizə tədbiləri çərçivəsində yaşı 65-dən yuxarı və 20-dən aşağı olan şəxslərin öz mənzillərindən çıxmalarını qadağan edibdir.
TÜRKİYƏDƏ COVID-19-DAN ÖLƏNLƏRİN SAYI 1643 NƏFƏRƏ ÇATIB