Türkiyədə COVID-19 infeksiyasından daha 92 nəfər ölüb
Apr 28, 2020 16:19 Asia/Baku
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 92 nəfər ölüb.
APA-nın xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində bu məlumatı paylaçaraq qeyd edib ki, son 24 saatda 29 230 şübhəli koronavirus testindən keçib, onlardan 2392-nin cavabı pozitiv çıxıb.
Türkiyədə yeni növ koronavirusdan indiyədək 2992 nəfər ölüb, 114 653 nəfər bu infeksiyaya yoluxub, 38 809 nəfəri isə müalicə olunub. Bu gün 5018 nəfər evə buraxılıb.
Nazir "Twitter" səhifəsində, həmçinin yazıb ki, koronavirus infeksiyasına yoluxma sayı azalmaqda davam edir.
Teqlər