Türkiyədə koronavirusa 2400 yeni yoluxma halı aşkar edilib
Türkiyənin səhiyyə naziri bu ölkədə koronavirusa 2400 yeni yoluxma halının aşkar edilməsindən xəbər verib.
Fəxrəddin Koca bu gün səhər bildirib ki, koronavirusa yeni yoluxma hallarının qeydə alınması ilə bu ölkədə koronavirusa yoluxanların ümumi sayı 115 min nəfərə çatıb.
Türkiyənin səhiyyə naziri həmçinin deyib ki, ötən sutka ərzində 92 xəstənin ölümü ilə bu ölkədə koronavirusdan ölənlərin sayı da üç min nəfərə çatıbdır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu gün səhərədək bütün dünyada koronavirusa yoluxanların sayı üç milyon 119 mn nəfərə çatıb. Onlardan 216 min nəfərdən çoxu vəfat edib və 947 min nəfər də sağalıb. Yerdə qalanlar hələ də bu xəstəliklə mübarizə aparırlar.
ABŞ, İspaniya, İtaliya, Fransa, Almaniya və İngiltərə koronavirusa yoluxma və bu xəstəlikdən ölüm halları cəhətdən öndə gedirlər.
TÜRKİYƏDƏ COVID-19-A 2400 YENİ YOLUXMA HALI QEYDƏ ALINIB