Türkiyədən PKK-ya xəbərdarlıq
Türkiyənin daxili işlər naziri PKK-nı Suriyanın Əfrin bölgəsində baş vermiş son terror hücumunun amili adlandırıb.
Süleyman Soylu bu gün PKK-ya xəbərdarlıq edib ki, bu hücum cavabsız qalmayacaq.
Türkiyənin daxili işlər naziri Əfrin bölgəsində baş vermiş terror hücumunda onlarla nəfərin ölməsi və yaralanmasına toxunub. Deyib ki, bu ölkənin təhlükəsizlik qüvvələri PKK üzvlərinin məhvinədək bu militarist qrupla döyüşlərini davam etdirəcəklər.
Dünən Suriyanın Hələb vilayətinin Əfrin şəhərində bomba qoyulmuş avtomobilin partlaması nəticəsində 20 nəfər ölüb, onlarla nəfər yaralanıbdır.
Əfrin şəhəri iki ildən çoxdur ki, Türkiyə ordusunun və terror qruplarının işğalı altındadır.
Suriya hökuməti Türkiyə ordusunun Əfrin bölgəsində və Suriyanın şimalındakı digər bölgələrdəki hərbi əməliyyatlarını qanunsuz adlandırıb və Türkiyə ordusu qüvvələrinin Suriya ərazisindən çıxmalarını istəyibdir.
ANKARADAN PKK-YA XƏBƏRDARLIQ