Türkiyədə koronavirusdan ölənlərin sayı 3 mini ötüb
https://azeri.sahartv.ir/news/türkiyə-i361151-türkiyədə_koronavirusdan_ölənlərin_sayı_3_mini_ötüb
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha  89 nəfər ölüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 29, 2020 16:25 Asia/Baku
  • Türkiyədə koronavirusdan ölənlərin sayı 3 mini ötüb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha  89 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb. Nazir qeyd edib ki, son 24 saatda 43498  şübhəli koronavirus testindən keçib, onlardan 2936-nın cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 3081 nəfər ölüb, 117589 nəfər bu infeksiyaya yoluxub, 44022 nəfəri isə müalicə olunub. Bu gün 5231 xəstə evə buraxılıb.