Türkiyədə koronavirus infeksiyasından daha 64 nəfər ölüb
https://azeri.sahartv.ir/news/türkiyə-i361355-türkiyədə_koronavirus_infeksiyasından_daha_64_nəfər_ölüb
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 64 nəfər ölüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 05, 2020 06:14 Asia/Baku
  • Türkiyədə koronavirus infeksiyasından daha 64 nəfər ölüb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 64 nəfər ölüb.

APA-nın verdiyi məlumata görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 35 771 şübhəli koronavirus testindən keçib, onlardan 1614-nün cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 3461 nəfər ölüb, 127 659 nəfər bu infeksiyaya yoluxub, 68 166 nəfər isə müalicə olunub. Bu gün 5015 xəstə sağalaraq evə buraxılıb.