May 17, 2020 20:16 Asia/Baku
  • Türkiyədə  daha 44 nəfər ölüb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 44 nəfər ölüb.

SəhərAzəri yerli mənbələrə istinadən xəbər verir, həmişə olduğu kimi bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb. 

Nazir qeyd edib ki, son 24 saatda 35369 şübhəli koronavirus testindən keçib, onlardan 1368-in cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4140 nəfər ölüb, 149435 nəfər bu infeksiyaya yoluxub, 109962 nəfəri isə müalicə olunub. 

Bu gün 1825 xəstə evə buraxılıb.

Teqlər

Şərhlər