Davudoğlu: Türkiyədəki siyasət dalana dirənmişdir
https://azeri.sahartv.ir/news/türkiyə-i362924-davudoğlu_türkiyədəki_siyasət_dalana_dirənmişdir
Ədalət və İnkişaf Partiyasının keçmiş lideri və Türkiyənin keçmiş Baş Naziri Əhməd Davudoğlu, hazırkı Türkiyə hökuməti ilə bağlı tənqidi nitqində deyib: Türkiyədəki siyasət dalana dirənib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 09, 2020 12:58 Asia/Baku
  • Davudoğlu: Türkiyədəki siyasət dalana dirənmişdir

Ədalət və İnkişaf Partiyasının keçmiş lideri və Türkiyənin keçmiş Baş Naziri Əhməd Davudoğlu, hazırkı Türkiyə hökuməti ilə bağlı tənqidi nitqində deyib: Türkiyədəki siyasət dalana dirənib.

 

SaharAzeri İRNA-ya istinadla xəbər verir, Davudoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyədəki Ayasofya məscidində ibadət mövzusunda söylədiklərinə cavab olaraq, onun əvvəllər belə bir bəyanatı Türkiyə üçün tələ adlandırmasına toxunaraq bildirib: “Hazırda Türkiyədə siyasət, demokratiya və ədalət dayanıb və bu açıqlamalar ictimai rəyi yaymaq məqsədini daşıyır.

Davudo çıxışında, Türkiyədəki işlərin normallaşdırılmasının, siyasətin normallaşmasına uyğun olaraq həyata keçirilə biləcəyini söyləyib, Ankara hökuməti tərəfindən iki kürd deputatın həbs edilməsinə toxunaraq əlavə edib: Xalqların Demokratik Partiyasından iki millət vəkilinin həbsi demokratiya və ədalətə ziddir və Türkiyənin siyasi səhnəsinin legitimliyini pozur.

Türkiyə Milli Məclisinin ötən həftəki iclasında Cümhuriyyət Xalq Partiyasından İstanbul millət vəkili Ənis Bərbəroğlu, Hakkari millət vəkili Leyla Güvən, və Diyarbəkir Xalq Demokratik Partiyasının nümayəndəsi Musa Faris Oglu toxunulmazlıqlarının qaldırılması məsələsi Parlamendin gündəliyində olmadığına baxmayaraq, Ədalət və İnkişaf Partiyasının nümayəndələri və Milli Hərəkat Partiyası nümayəndələrinin dəstəyi ilə parlamentdə həmin üç deputatın toxunulmazlığı qaldırıldı. Üç deputatın terroru dəstəkləməkdə ittiham olunduğu deyilir. Bu nümayəndələrin siyasi toxunulmazlığının qaldırılması ilə onların həbsinə yol açılıb.

Davudo, millət vəkillərinin həbsini Türkiyənin siyasi durğunluğunun ən böyük səbəbi adlandıraraq və deyib: “Bu gün Ərdoğan və Ədalət və İnkişaf Partiyası əvvəlki illərin bütün uğurlarını Türkiyənin əvvəlki vəziyyətinin keşikçiləri olan müttəfiqləri (Vətən Partiyası və Milli Hərəkat) ilə bərabər məhv edir.

Davudoğlu, Ədalət və İnkişaf Partiyası ilə Vətən Partiyaları və Milli Hərəkat Partiyasının koalisiyada olduqlarına toxunaraq əlavə edib: “Tərəfdaşlar beş il əvvəl bir-birilərinə qarşı çıxış etdirdilər, amma bu gün onlar yan-yana gəlib, Türkiyəni hərbi güclə idarə etmək niyyətindədirlər.

Davudoğluna görə. Türkiyə ciddi struktur və siyasi system böhranı ilə üz-üzədir və Türkiyə bu siyasi sistemlə özünə çıxış yolu tapa bilməyəck.

Türkiyənin keçmiş Baş naziri dedi: Hal-hazırda Türkiyədə gözə çarpan bir şey, ölkənin siyasətində və hökumətindəki böhran səbəbiylə iqtisadi böhranın mövcud olmasıdır.

Davudoğlu, üç il əvvəl Ərdoğan tərəfindən Baş nazir və Ədalət və İnkişaf Partiyasının lideri vəzifəsindən istefa verməyə məcbur edildikdən sonra, Uzun müddət Ədalət və İnkişaf Partiyasındakı üzvlüyünə davam etdi, amma keçən il partiyadan ayrıldıqdan sonra Gələcək Partiyasını yaratdı.