Ərdoğan onlarla valini dəyişdirib
İyun 11, 2020 10:42 Asia/Baku
Türkiyə prezidenti bir hökmdə bu ölkənin 41 valisini dəyişdirib.
SaharAzeri xəbər verir, Türkiyənin “Zaman” qəzetində dərc olunan bu hökmə əsasən, Rəcəb Tayyıb Ərdoğan dünən 18 yeni valini təyin edib, 23 valini isə bir vilayətdən başqa bir vilayətə işləməyə göndərib.
17 sabiq vali də Ankaraya geri çağırılıbdır.
Türkiyənin 81 vilayəti var.
Deyilənlərə görə, Türkiyənin nazirlər kabinetində əsaslı dəyişikliklər gözlənilir.
Belə bir halda bildirilibdir ki, Türkiyə polisi dünən Gülən qrupu amillərinin həbs olunmalarının davamında daha 63 nəfəri həbs edib.
Türkiyə hökuməti bu qrupu həmin ölkədə baş vermiş uğursuz dövlət çevrilişinin əsas amili hesab edir.
Teqlər