Suriyada onlarla Türkiyə hərbçisi koronavirusa yoluxub
Türkiyənin Suriya ilə həmsərhəd Hatay vilayətinin valisi Suriyanın Afrin və İdlib şəhərlərində 140 Türkiyə hərbçisinin COVİD-19 infeksiyasına yoloxduğundan xəbər verib.
SaharAzeri xəbər verir,Türkiyənin Hüriyyət qəzetinin məlumatına görə, bu ölkənin Suriyanın şimalındakı Afrin və İdlib bölgələrində yerləşdirilən 140 hərbçisi koronavirusa yoluxub. Bu haqda məlumatı Türkiyənin cənubundakı Hatay vilayətinin valisi yayıb.
Türkiyənin Anadolu Xəbər Agentliyi də indiyə qədər bu ölkənin koronavirusa yoluxmuş hərbçilərindən bir neçəsinin Hatay vilayətinin xəstəxanalarında müalicə aldıqdan sonra yenidən Suriyanın şimalındakı əməliyyat bölgələrinə köçürüldüyünü açıqlayıb.
Türkiyə aylardır suriyalı kürd yaraqlılarla mübarizə bəhanəsilə Suriyanın şimal və şimal-qərbində yerləşən bəzi vilayətlərinə, o cümlədən İdlib vilayətinə hərbi qüvvə göndərib. Bu hərəkət Suriya hökumətinin etirazına səbəb olub.