Türkiyədə sel fəlakəti: ölənlər var
Türkiyənin Bursa vilayətinin Kestel rayonunda sel səbəbi ilə 5 nəfər ölüb.
SəhərAzəri Axar.az-a istinadla xəbər verir ki, bu barədə Bursa Valiliyi məlumat yayıb.
Bildirilir ki, yağış sularının evə dolması nəticəsində fiziki qüsurlu bir şəxs boğularaq həyatını itirib:
“Bundan başqa, Kestel rayonunun Qayacıq məhəlləsində bir ailənin 7 üzvünü sel aparıb. Onlardan 2-si öz imkanları ilə xilas ola bilib, 5 nəfər isə sulara qərq olub. Bunların arasından 1 qız uşağının cansız bədəni tapılıb, digərlərinin axtarışı isə davam etdirilir”.
Həmçinin çox sayda maşın yararsız hala düşüb. Təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün tədbirlərə başlanılıb. Əhaliyə və dövlətə külli miqdarda zərər dəydiyi ehtimal olunur.
Daxili İşlər naziri Süleyman Soylu bölgəyə yola düşüb.