İyun 26, 2020 23:11 Asia/Baku
  • Türkiyədə koronavirus xəstələrinin sayı 194,5 min nəfəri ötdü

Bu gün Türkiyədə koronavirusdan daha 19 nəfər ölüb.

SəhərAzəri Report-a istinadla xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 5 065 nəfəri ötüb.  

Son sutkada Türkiyədə COVID-19-a 1 396 yoluxma qeydə alınıb. Beləliklə, koronavirus xəstələrinin sayı 194 511 nəfərə çatıb.

Nazirin sözlərinə görə, son bir gündə 1 492 koronavirus xəstəsi sağalaraq evə buraxılıb. Bununla da Türkiyədə təhlükəli infeksiyadan sağalanların sayı 167 198 nəfərə yüksəlib. 

Son sutkada COVID-19-la bağlı 51 198 test aparılıb. Hazırda koronavirus testlərinin ümumi sayı 3 186 622-dir.

Teqlər

Şərhlər