İyul 02, 2020 08:28 Asia/Baku
  • Ərdoğandan sosial medialara xəbərdarlıq

Türkiyə prezidenti sosial medialara nəzarət üçün yeni qayda-qanunların tətbiq olunacağından xəbər verib.

SaharAzeri xəbər verir, Rəcəb Tayyıb Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının üzvləri qarşısında virtual mühitdə onun ailəsinin təhqir olunmasına işarə edərək, deyib: Son illərdə bu medialarda qeyri-etik hərəkətlərin artması qayda-qanunların olmamasına görə meydana gəlibdir.

Türkiyə prezidenti sonra deyib: Sosial medialardan istifadəyə nəzarət üçün yeni qayda-qanunlar təyin və elan olunacaq.

Ərdoğan sonra söyləyib: Sosial medialar kompaniyaları hüquqi tələblərə cavab vermək üçün Türkiyəyə nümayəndələr təyin etməyə məcbur olacaqlar.

Türkiyənin maliyyə naziri və bu ölkənin prezidenti Rəcəb Tayyıb Ərdoğanın yeznəsi- Barat Albayrak çərşənbə axşamı günü tvitter-də demişdi ki, dördüncü övladı dünyaya gəlib. Bu tvittin ardınca bəzi istifadəçilər Albayrakın həyat yoldaşı Əsranı təhqir etmişdilər.

Teqlər