5 PKK üzvü təslim olub
Türkiyədə bir xəbər saytı beş PKK üzvünün bu ölkənin təhlükəsizlik qüvvələrinə təsilm olmasından xəbər verib.
SəhərAzəri xəbər verir ki, TRT telekanalının saytı bildirib ki, bu PKK üzvləri Türkiyənin cənub-şərqində yerləşən Şirnak vilayətinin Silopi şəhərinin yaxınlığındakı sərhəd Habur keçidində özlərini hökumət qüvvələrinə təslim ediblər.
TRT həmçinin iddia edib ki, Türkiyənin təhlükəsizlik qüvvələri 2020-ci ilin əvvəlindən bəri 95 PKK üzvünü silahını yerə qoyaraq, təslim olmağa qane ediblər.
Türkiyədə kürdlər məsələsinin həlli üzrə sülh prosesi 2012-ci ilin dekabrında başlanıb və 2015-ci ilin iyulunda Suruç şəhərində partlayışın baş verməsindən sonra dayanıbdır. Ondan sonra Türkiyə ordusu və PKK bir-birilərinin mövqelərinə qarşı hücumu bərpa ediblər.
PKK Türkiyə hökuməti tərəfindən terrorçu qrup kimi tanınıb və təqdim olunubdur.