Türkiyə qırıcılarının İrəvana yaxınlaşması təkzib edilib
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Türkiyə qırıcılarının paytaxt İrəvanın 56 kilometrliyinə yaxınlaşmasını rədd edib.
SəhərAzəri xəbər verir, Aran Nyus xəbər portalının məlumatına görə, bəzi Azərbaycan KİV-lərinin Türkiyə ordusuna məxsus iki ədəd F-16 qırıcı təyyarəsinin Ermənistan paytaxtı İrəvana yaxınlaşmasını iddia etdiyi bir halda, Şuşan Stepanyan bu məlumatları əsassız adlandırıb və deyib: "Bu məlumatlar həqiqəti əks etdirmir".
Ermənistan Respublikasının Müdafiə Nazirliyinin mətbuat katibi, həmçinin əlavə edib: "Hazırda bu ölkə ilə Azərbaycan Respublikası sərhəddində vəziyyət nisbətən sabitdir".
Bakı və İrəvan arasında münasibətlərin gərginləşməsi fonunda Türkiyə hökuməti Ermənistanın Azərbaycan Respublikasına qarşı hücumunu qınayıb və rəsmi Ankaranın Ermənistanin hücumları qarşısında bütün imkanları ilə Bakının yanında olacağını vurğulayıb.
Ermənistan hökuməti də Türkiyənin Azərbaycanı dəstəkləməsini Qafqaz bölgəsinin məsələlərində müdaxilə kimi xarakterizə edib.
Qarabağın Tovuz rayonu istiqamətində Azərbaycan Respublikası ilə Ermənistan arasında döyüşlər son həftələrdə başlayıb, hələ də davam edir və indiyədək hər iki tərəfdən onlarla itki və yaralı ilə nəticələnib.