Dörd Avropa dövləti Aralıq dənizinin şərqində hərbi təlimlərə başlayıb
https://azeri.sahartv.ir/news/türkiyə-i366492-dörd_avropa_dövləti_aralıq_dənizinin_şərqində_hərbi_təlimlərə_başlayıb
Anakara-Yunanıstan münasibətlərindəki gərginlik fonunda 4 Avropa dövləti Aralıq dənizinin şərqində hərbi təlimlər keçirir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 26, 2020 11:03 Asia/Baku
  • Dörd Avropa dövləti Aralıq dənizinin şərqində hərbi təlimlərə başlayıb

Anakara-Yunanıstan münasibətlərindəki gərginlik fonunda 4 Avropa dövləti Aralıq dənizinin şərqində hərbi təlimlər keçirir.

SəhərAzəri yerli mediaya istinadla xəbər verir, bu barədə Yunanıstan Müdafiə Nazirliyi bəyanat verib.

Bildirilib ki, bu gündən başlayaraq iki gün ərzində Aralıq dənizinin şərqində 4 Avropa dövlətinin iştirakı ilə hərbi təlimlərə start verilir.

Əlavə edilib ki, bu hərbi təlimlərə Yunanıstandan əlavə Fransa, İtaliya və Kipr dəniz qüvvələri qatılacaq.

Hərbi təlimlər Yunanıstanın Krit adasının cənub sahillərində keçiriləcək.

Qeyd edək ki, Türkiyənin son aylarda Aralıq dənizinin şərqində yeni qaz yataqlarının kəşfinə başlaması, Liviyada Tripoli hökumətilə su sərhədlərinə dair razılaşması bölgədə Yunanıstan və sair Avropa dövlətləri ilə olan əlaqələrdə gərginlik yaradıb.