Sen 09, 2020 07:05 Asia/Baku
  • Türkiyənin hərbi təlimləri NATO qaydaları çərçivəsindədir

Türkiyə xarici işlər naziri Yunanıstanın region olayları qarşısındakı rəftarını tənqid edib.

SəhərAzəri xəbər verir, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstanın xarici işlər naziri Nikos Dendiasın Şərqi Aralıq təlimlərində əsl sursatlardan istifadə olunmasına dair son iddiasına reaksiyada deyib ki, Türkiyənin hərbi təlimləri NATO qaydaları çərçivəsində həyata keçirilir.

Afina-Ankara əlaqələri, miqrantların Türkiyə ərazisindən Yunanıstana daxil olmaları məsələsinə görə neçə aydır ki, kəskinləşibdir və iki ölkə bir-birini hava və dəniz məkanlarını pozmaqda ittiham edir.

Yunanıstanın müdafiə naziri Nikos Panayotopulos cümə günü demişdi ki, ölkəsi öz suverenliyini qorumaq üçün Türkiyə ilə hərbi qarşıdurmaya hazırdır.

Türkiyə hökumətinin sözçüsü Ömər Çelik də son zamanlar bir tvitt-də Yunanıstanın müdafiə nazirinin sözlərinə reaksiyada deyibdir ki, Ankara bu sözlərə ciddi yanaşmır, amma bu kimi ifadələr göstərir ki, yunanların gərginliyin həllinə inamları yoxdur.

Teqlər