Türkiyə Əhli-Beyt (ƏS) Alimlər Birliyinin sədri:
"Fələstin məsələsi İslam ölkələrinin qırmızı xəttidir."
Qadir Akaras deyib: Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Sionist rejimlə münasibətləri normallaşdıran Amerikan prosesi, Kamp David planı kimi uğursuz bir plandır.
SəhərAzəri xəbər verir, Akaras əlavə olaraq deyib: Sionist rejim ilə münasibətlər ərəb hökmdarlarının alçaldılmasından başqa nəticə verməyəcək. Fələstin məsələsi İslam ölkələrinin qırmızı xəttidir və irticaçı ərəb hökmdarları bu çərçivəni tərk edərək məzlum Fələstin millətinin düşmənləri sirasinda yer alıb.
Türkiyə Əhli-Beyt (ƏS) Alimlər Birliyinin sədri, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi "Sionist rejimlə münasibətləri normallaşdıran Amerikan prosesinin", Kamp David planı kimi uğursuz olacağını vurğulayıb. O, əlavə olaraq bildirib, bu proses Bəhreyn və BƏƏ xalqlarının müxalifəti ilə liderlərinin süqutuna səbəb olacaq.